Van gölündə Urartu mədəniyyətinin izləri

Urartu mədəniyyətinin ən möhtəşəm quruluşlarından biri olan Ayanis qalasında aparılan qazıntılar çərçivəsində (e.ə. 13-cü əsr) Van gölündəki Urartu qalıqlarının müəyyən edilməsi üçün araşdırma başlandı.

1256599

Urartu kralı II. Rusa terefindən tikdirilən 2 min 700 il əvvəlindən bugünə gəlib çıxan əşyaları, kərpic bdivarları və daş naxışları ilə diqqəti cəlb edən qalada 30 il əvvəl başladılan qazıntı və bərpa işləri davam edir.

Atatürk Universiteti Ədəbiyyat Fakültəsi, Arxeologiya kafedrasında vəzifəli Dr. Mehmet İşıklının rəhbərliyilə aparılan fəaliyyətlərdə bu il Ayanis qalasında yaşayan urartuluların Van gölü ilə arasındakı əlaqə araştırılır.

Bu çərçivədə Bursa Uludağ universiteti Su Arxeologiya kafedrasının rəhbəri Prof. Serkan Gündüz və dalğıc komandası Ayanis bölgəsində dalış edərək, Van gölünün dərinliklərində Urartu mədəniyyətinə aid qalıqları axtardılar.

Urartu arxeologiyasının tarixi barədə vacib məlumatların sualtı tədqiqatları zamanı əldə ediləcəyi gözlənilir.

Urartuluların bəzi bölgələrə çatmaq üçün Van gölündən istifadə etdiyi məlumdur.

Әlaqәli Xәbәrlәr