Azərbaycanlı pianoçu Elçin Şirinov “Jazz in Marciac” Festivalında iştirak edir

Fransanın Oksitani regionunda “Jazz in Marciac” adlı caz festivalı keçirilir.

1251487
Azərbaycanlı pianoçu Elçin Şirinov “Jazz in Marciac” Festivalında iştirak edir

Fransanın Oksitani regionunda “Jazz in Marciac” adlı caz festivalı keçirilir.

Azərbaycanın Əməkdar artisti, pianoçu Elçin Şirinov da festivalda çıxış edib.

“Jazz in Marciac” Festivalında kontrabas ifaçısı və bəstəkar Avişay Koen, Elçin Şirinov (piano) və Noam David (zərb alətləri) caz üçlüyünün ifası musiqisevərlər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, mütəmadi olaraq E.Şirinov Fransanın müxtəlif şəhərlərində solo konsertlərlə çıxış edir.

Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs almış Elçin Şirinov dünyanın bir çox ölkələrində, eləcə də Fransada çoxsaylı beynəlxalq festivallarda iştirak etməklə Azərbaycan mədəniyyətinin dünyada təbliğində xidmətlər göstərir.

“Jazz in Marciac” caz festivalı avqustun 15-dək davam edəcək.

 



Әlaqәli Xәbәrlәr