Türkiyəli gənc pianoçu müsabiqənin qalibi oldu

13 yaşlı pianoçu Tarık Kaan Alkan 9-cu Maria Herrero Beynəlxalq Piano Müsabiqəsində 11-13 yaş kateqoriyasında birinci oldu.

Türkiyəli gənc pianoçu müsabiqənin qalibi oldu

13 yaşlı pianoçu Tarık Kaan Alkan 9-cu Maria Herrero Beynəlxalq Piano Müsabiqəsində 11-13 yaş kateqoriyasında birinci oldu.

Türkiyə Müasir Təhsil Vəqfinin verdiyi məlumata görə, "Gənc istedadlar" layihəsi çərçivəsində təhsilini davam etdirən 13 yaşlı istedadlı pianoçu Tarık Kaan Alkan bu qalibiyyəti ilə  bütün yaş kateqoriyalarında yalnız iki nəfərə verilən ABŞ-dakı "Hotchkiss" məktəbində təhsil almaq imkanı qazanıb.

 Cihat Aşkın, Fazıl Say, İbrahim Yazıcı və Bülent Evcildən ibarət jürinin seçdiyi 42 istedadlı musiqiçidən biri olan  Tarık Kaan Alkan 9 ölkədən - İspaniya, Rusiya, Meksika, Portuqaliya, Braziliya, Almaniya, Rumıniya, Fələstindən  gələn nusiqiçilərin iştirak etdiyi müsabiqənin qalibi oldu.



Әlaqәli Xәbәrlәr