Sankt- Peterburqda Türk Kinosu Günləri başladı
Rusiyada Moskva Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən Sankt- Peterburq Türk Kinosu Günləri dünən başladı.

Rusiyada Moskva Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən Sankt- Peterburq Türk Kinosu Günləri dünən başladı.
Rusiya-Türkiyə Qarşılıqlı Mədəniyyət və Turizm İli çərçivəsində Yunus Əmrə İnstitutu ilə Türkiyənin Sankt- Peterburq Baş Konsulluğunun əməkdaşlığında "Rodina" kinoteatrında keçirilən açılış proqramında Türkiyənin Sankt-peterburqdakı baş konsulu Yunus Belet, Moskva Yunus Əmrə İnstitutunun müdiri Ömər Özkan və çox sayda türkiyəli və rusiyalı vətəndaşlar iştirak etdilər .
Baş konsul Belet tədbirin Peterburqda ilk dəfə təşkil olunduğunu və bunun Türk mədəniyyətinin təbliği yolunda bir başlanğıc olduğunu söylədi.
Moskva Yunus Əmrə İnstitutunun direktoru Özkan da, bu növ tədbirlərin gələcəkdə daha tez-tez keçiriləcəyini bildirdi.
Rejissor Osman Sınavın "Uzun hekayə" filmi ilə açılan Türk Kinosu Günlərində üç gündə 7 film rus dilindəki alt yazılı olaraq kinosevərlərlə görüşəcək.