Türkiyənin vitse-prezidenti “Diriliş Ərtoğrul” serialının çəkiliş meydanında oldu

Çəkiliş məkanlarına nəzər salan, məlumat alan F.Oqtaya çəkiliş qrupu tərəfindən qılınc, papaq və oxçu üzüyü hədiyyə edilib.

1209148
Türkiyənin vitse-prezidenti “Diriliş Ərtoğrul” serialının çəkiliş meydanında oldu
fuat oktay dirilis.jpg

  Türkiyənin vitse-prezidenti Fuad Oqtay Türkiyə Radio Televiziya Qurumu – TRT-nin reytinq rekordlarını qıran “Diriliş Ərtoğrul” serialının İstanbulda Rivada çəkiliş meydanına gedib.

  Çəkiliş məkanlarına nəzər salan, məlumat alan F.Oqtaya çəkiliş qrupu tərəfindən qılınc, papaq və oxçu üzüyü hədiyyə edilib.

  Vitse-prezident daha sonra öz heyətilə birgə rejissor çadırına keçib, bəzi fraqmentlərin çəkiliş prosesini izləyib.

  Ərtoğrul rolunu canlandıran Engin Altan Düzyatan və digər aktyorlarla da söhbət edən F.Oqtay deyib:

  “Diriliş Ərtoğrul” serialının milli ruh və mədəni şüuru tarix yaddaşın yenidən dirilişinə vəsilə oldu.

  Serial bütün dünyaya səs salıb. Getdiyi ölkələrdə “Diriliş Ərtoğrul” serialından söz acılırsa, biz çox sevinirik.”

  Fuad Oqtay “Diriliş Ərtoğrul” serialının Söğüt səhnələri və "Mehmetçik Kutül-Amare" serialının çəkildiyi məkanlarda da olub və aktyorlarla şəkillər çəkdirib.

  Vitse-prezidentlə gələn rəsmi heyətin tərkibində Ədalət və İnkişaf Partiyasının İzmir üzrə millət vəkili Alpay Özalan, sənətçi Yavuz Bingöl, milli futbolçular Hakan Ünsal, Hamit Altıntop, Tolunay Kafkas və milli güləşçi Rıza Kayaalp da var idi.



Әlaqәli Xәbәrlәr