Ankarada "Comics and Art" festivalı keçiriləcək

2016-cı ildən bəri İstanbullulara komikslər, cizgi filmləri, illüstrasiyalar və graffiti kimi işlərini təqdim edən "Comics and Art" festivalı həftə sonu paytaxt Ankarada keçiriləcək.

 "Bilkent Center"də təşkil ediləcək  festivalda komiks mağazaları, cizgi filmləri, satirik və yumoristik jurnallar, nəşriyyatlar, illüstrasiya sərgiləri və müstəqil rəssamlar iştirak edəcək.

Festivalda canlı graffiti və freska "work shop"ları , seminar proqramları, müxtəlif panellər təşkil ediləcək, qonaqlar rəssamların sərgiləri ilə tanış olacaqlar və imza seanslarında iştirak edə biləcəklər.

Qonaqlar festival boyunca keçirilən emalatxana işlərində rəssamların moderatorluğunda komiks, karikatura, illüstrasiya, fanzin və stencil texnikalarını öyrənə biləcəklər.

Bundan əlavə, qonaqların təşkil ediləcək söhbətlərdə  rəssamlarla və sənət dünyasının məşhur simaları ilə görüşmə fürsətləri olacaq. 

Cümə günü başlayan festival  bazar günü başa çatacaq.

Әlaqәli Xәbәrlәr