Zaqrebdə 8-ci Türk Filmləri Həftəsi başladı

Xorvatiyanın paytaxtı Zaqrebdə 8-ci Türk Filmləri Həftəsi başladı.

1205794
Zaqrebdə 8-ci Türk Filmləri Həftəsi başladı

Xorvatiyanın paytaxtı Zaqrebdə 8-ci Türk Filmləri Həftəsi başladı.

Yunus Əmrə İnstitutunun və Xorvatiya-Türkiyə Dostluq Dərnəyinin əməkdaşlığı ilə paytaxt Zaqrebdəki "Avropa" kinoteatrında Yavuz Turgulun "Ov mövsümü" filmi ilə açılışı baş tutan tədbir böyük marağa səbəb oldu.

Türkiyənin Zaqrebdəki səfiri Mustafa Babur Hızlan bu ilki Türk Filmləri Həftəsinin olduqca zəngin bir proqramla kinosevərlərlə görüşəcəyini söylədi.

Xorvatiya-Türkiyə Dostluq Dərnəyinin başçısı Qoran Beus Riçemberqh də kinofilmlər həftəsi tədbirində Türkiyənin sənət və mədəniyyətinin Xorvatiyada tanıdılma fürsətinin həyata keçiriləcəyini ifadə edərək, xorvat xalqının bu tədbirə olduqca böyük maraq göstərdiyini bildirdi.

Zaqrebdə mayın 26-dək "Buğda", "Qələndər soyuğu", "Qardaşım mənim", "Bütün səadətlər mümkündür", "Yuxu", "İftarlıq qazl su", "Süfrə sirləri", "Rafadan tayfa dəhliz macərası" və  "Yabanı armud ağacı" kinofilmləri tamaşaçılara təqdim olunacaq.



Әlaqәli Xәbәrlәr