UNİCEF Türkiyə Parisdə "Gələcəyin xəyalları" adlı sərgi açdı

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) Türkiyə nümayəndəliyi Fransanın paytaxtı Parisdə Türk və qaçqın uşaqların fotoşəkillərinin nümayiş olunduğu "Gələcəyin xəyalları" adlı sərgi açdı.

1205177
UNİCEF Türkiyə Parisdə "Gələcəyin xəyalları" adlı sərgi açdı

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (UNİCEF) Türkiyə nümayəndəliyi Fransanın paytaxtı Parisdə Türk və qaçqın uşaqların fotoşəkillərinin nümayiş olunduğu "Gələcəyin xəyalları" adlı sərgi açdı.

Türkiyənin Gənclik və İdman Nazirliyi və UNICEF Türkiyənin ortaqlığı ilə keçirilən sərginin açılışında çıxış edən Gənclər və İdman nazirinin müavini Xalis Yunus Ərsöz: "Türkiyə 4 milyon sığınmacıya ev sahibliyi edir. Türkiyə bunlara ev sahibliyi etməyə başladığında həqiqətən çox çətin bir dövr yaşanırdı. Ya körpə Aylinlərin boğulmasına göz yumacaqdıq, ya da süfrəmizi və çörəyimizi onlarla bölüşəcəkdik" deyə danışdı.

Avropa İttifaqı və UNICEF tərəfindən yardımların edildiyini ifadə edən Ərsöz: "Türkiyə Suriyalı sığınmacıları ölkəyə qəbul etməyə başladığında belə bir yardım öhdəliyindən və bu günə qədər etdiyimiz 35 milyard dollardan çox olan yardımla bağlı bir dəstəkdən söhbət getmirdi" dedi.

Geniş xeyriyyəçilik təfəkkürü və insanı insan olduğu üçün sevmək anlayışı ilə suriyalı qaçqınlara kömək etdiklərini vurğulayan Ərsöz Türkiyənin bütün məzlum millətlərə və insanlara yardım etməyə çalışdığını söylədi.

Nazir müavini: "Türkiyə milli gəlir nisbəti ilə ən çox beynəlxalq yardım edən ölkə mövqeyindədir" dedi.

UNICEF-in Fransa nümayəndəliyinin əməkdaşı Jan-Mari Drü (Jean-Marie Dru): "Türkiyədə 650 min suriyalı uşaq Türk məktəblərində təhsil alır və bu, möhtəşəm bir hadisədir. Gənc qaçqınlar mövzusunda başqa ölkələrin etdiklərindən öyrənəcəyimiz çox şey var" dedi.

Türkiyədə insanların qaçqınlara qarşı xoş niyyət sərgilədiyinin şahidi olduğunu ifadə edən Drü suriyalı sığınmacıların yaşadığı çətinliklərin Fransada və Avropada kifayət qədər bilinmədiyini vurğuladı.

Müharibə mühitində olan uşaqlar üçün təhsil alma imkanlarının yaradılmasının vacib olduğunu bildirən Duamelle:"Türkiyədə 4 milyon qaçqın var. Türkiyə dünyada ən çox qaçqının olduğu yeganə ölkədir. Türkiyədə qaçqınların yaxşı şərtlərdə yaşaya bilməsi və cəmiyyətə inteqrasiya edə bilmələri üçün gözəl işlər aparılır." deyə danışdı.

Sərgidə Türkiyənin Parisdəki səfiri İsmayıl Haqqı Musa da iştirak etdi.
 



Әlaqәli Xәbәrlәr