Cənubi Koreyada ənənəvi Türk ebru sənəti tanıdıldı

Cənubi Koreyada Seonqnam Bələdiyyəsi tərəfindən bu il 8-ci dəfədir təşkil edilən “Global harmony festivalı"nda Yunus Əmrə İnstitutunun stendində ənənəvi Türk ebru sənəti tanıdıldı.

1204655

Türkiyə stendini gəzənlər arasında olan Seonqnam Bələdiyyəsinin sədri Eun So Mi artıq ənənəyə çevrilən festivalın iştirakçı ölkələrin dəstəklərilə çox gözəl keçdiyini bildirib:

“Dost və qardaş ölkə Türkiyəni də şəhərimizdə qonaq etmək bizim üçün böyük xoşbəxtlikdir”.

Çin, Vyetnam, Yaponiya, Hindistan, Polşa, Qana, Filippin və Moğolistan kimi ölkələrin iştirakçıları mədəniyyətlərini öz stendləri ilə ziyarətçilərə təqdim etmək imkanı əldə ediblər.

Yunus Əmrə İnstitutunun stendində Truva və Pamukqala ilə yanında Türkiyənin digər mədəni irsi də tanış edilərkən, ebru sənətinə böyük maraq göstərildi.

Әlaqәli Xәbәrlәr