Zaqrebdə Türkiyə Həftəsi keçiriləcək

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 15-18 may tarixlərində Türkiyə Həftəsi keçiriləcək.

1201094
Zaqrebdə Türkiyə Həftəsi keçiriləcək

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində 15-18 may tarixlərində Türkiyə Həftəsi keçiriləcək.

 Tədbirlərdə  bəşəriyyət tarixinin ilk məbədlərinin olduğu Şanlıurfadakı Göbəklitəpə tanıdılacaq.

Yunus Əmrə İnstitutu  tərəfindən hər il fərqli bir mövzularla həyata keçiriıən Türkiyə Həftəsi tədbirləri bu il Göbəklitəpə ili çərçivəsində "Göbəklitəpə: İnsan və Həyat" ana mövzusu ilə təşkil edilir.

Bu il Türkiyə Həftəsi fəaliyyətlərinə  Zaqreb ev sahibliyi edəcək.

Zagrebin tarixi və əhəmiyyətli məkanlarında təşkil ediləcək Türkiyə Həftəsi çərçivəsində söhbətlər aparılaraq, sərgilər, konsertlər və seminarlar keçirilərək Türkiyə mədəniyyəti və sənəti təqdim olunacaq.

Proqramda Türk ləzzətlərii, Türk şərbətləri ve Türk qəhvəsi ənənəvi şəkildə iştirakçılara paylanacaq.

Türkiyə ilə digər ölkələr arasındakı dostluğun və mədəni bağların möhkəmlənməsi məqsədi ilə 2009-cu ildən bu yana dünyanın dörd bir tərəfində tədbirlər həyata keçirən Yunus Əmrə İnstitutunun fəaliyyətlərinə Zaqrebdən sonra Rusiyanın Sankt-Peterburq, Albaniyanın Tirana, İspaniyanın Madrid, Serbiyanın Belqrad, Tunisin Tunis və Livanın Beyrut şəhərləri də ev sahibliyi edəcək.



Әlaqәli Xәbәrlәr