İzmirli pianoçular İtaliyadan birinci olaraq döndülər

Yaşar Universitetindən verilən məlumata görə...

1200358
İzmirli pianoçular İtaliyadan birinci olaraq döndülər

  İzmirli pianoçular Nisan Öksüz, Rüya Aydın və İrfan Karakılıç İtaliyada keçirilən beynəlxalq musiqi yarışmasından birinci olaraq döndülər.

  Yaşar Universitetindən verilən məlumata görə, İtaliyanın Barletta şəhərində keçirilən beynəlxalq “Apulia Metropolitan” musiqi yarışmasında iştirak edən müxtəlif ölkələrdən çox sayda tələbə pop, caz, vokal, skripka və fortepiano üzrə yarışıb.

  Fortepiano təhsillərinə Yaşar Universiteti musiqi kafedrasının baş müəllimi Payam Gül Susanninin rəhbərliyilə davam edən Nisan Öksüz, Rüya Ziya və İrfan Karakılıç da müsabiqədə öz yaş qruplarında iştirak ediblər.

  B kateqoriyası 7-9 yaş qrupunda birinci olan İrfan Karakılıç musiqi qabiliyyəti sahəsində müsiflər heyətinin xüsusi mükafatını alıb.

  Nisan Öksüz C kateqoriyası 9-11 yaş qrupunda, Rüya Ziya isə E kateqoriyası 14-16 yaş qrupunda birincilik əldə edib.

  Qeyd edək ki, Yaşar Universitetinin Daimi Təhsil Mərkəzi Musiqi Akademiyasında ibtidai təhsil alan 3-cü sinif şagirdi Nisan Öksüz 2018-ci ildə İtaliyada keçirilən Dinu Lipatti Gənclər Beynəlxalq Musiqi Müsabiqəsində birincilik mükafatını qazanmışdı.



Әlaqәli Xәbәrlәr