Ferzan Özpetek İtaliyada fəxri doktor və vətəndaş adı ilə təltif edildi

İtaliyanın cənubunda yerləşən Siciliya bölgəsindəki Palermo bələdiyyəsi Türk rejissor Ferzan Özpetekə fəxri vətəndaş vəsiqəsi verib, Palermo universiteti isə Özpeteki fəxri doktor adıyla təltif edib.

1197528
Ferzan Özpetek İtaliyada fəxri doktor və vətəndaş adı ilə təltif edildi

İtaliyanın cənubunda yerləşən Siciliya bölgəsindəki Palermo bələdiyyəsi Türk rejissor Ferzan Özpetekə fəxri vətəndaş vəsiqəsi verib, Palermo universiteti isə Özpeteki fəxri doktor adıyla təltif edib.

 Palermo universitetində keçirilən mərasimdə “Visual sənətə töhfəsinə” görə Ferzan Özpetekə fəxri doktor adı təqdim edilib.

Palermo universiteti rektoru Fabrizio Micari mərasimdə etdiyi çıxışda “İnsanı və insanın əbədi zəifliklərini istər əyləncəli və faciəli şəkildə, istərsə tarixdən zəmanəmizə gəlib çıxan anektodlarla müxtəlif tərzlərdə izah etmə qabiliyyəti”nə görə rejissor, yazıçı və ssenarist Özpetekin bu ünvana layiq görüldüyünü söyləyib.

Digər tərəfdən Palermo bələdiyyəsinin sədri Leoluca Orlando Özpetekə fəxri vətəndaşlıq sənədinin təqdim edilməsi qərarına gəldiklərini bildirib.

Özpetekin bu ay ərzində çəkilişlərini başladacağı yeni filmi “Şans ilahəsi” nin bəzi səhnələrinin Palermoda keçəcəyini bildirən Orlando “Məşhur rejissorun filmləri və yazıları ilə insanın rəngli, qəribə və xüsusi essensiyasını dərin şəkildə tədqiq edərək, eşqi, ehtirasları, duyğuları, yoldaşlıq əlaqələrini, ailə duyğularını və insan ruhunu izah etməsindən, müasir insanın simvollarından biri olmasından, fərqliliyin gözəlliyini və zənginliyini göstərməsindən” asılı fəxri vətəndaş adına layiq görüldüyünü  bildirib.

Puglia bölgəsinəki Salento universiteti də Ferzan Özpetekin “Mədəniyyət səfiri” olaraq təyin olunması barədə qərara gəldiyini açıqlayıb.

İtaliyada sənət dünyasının əhəmiyyətli şəxsiyyətlərindən olan Özpetek Lecce və Napoli şəhərlərində də fəxri vətəndaş adı ilə mükafatlandırılmışdı.



Әlaqәli Xәbәrlәr