XII Beynəlxalq Tələbə Görüşü

Fransanın paytaxtı Parisdə yerləşən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət qurumu – UNESCO-da Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü keçirildi.

1189226
XII Beynəlxalq Tələbə Görüşü

  Fransanın paytaxtı Parisdə yerləşən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət qurumu – UNESCO-da Beynəlxalq Tələbə Dərnəkləri Federasiyası (UDEF) tərəfindən təşkil edilən XII Beynəlxalq Tələbə Görüşü keçirildi.

   “Şərqdən Qərbə ədalətli bir dünya" başlığı ilə 51 ölkənin 91 şəhərində olan bu görüş çərçivəsində panellər təşkil olunub.

   “Təhsil, mədəniyyət və elmə fərqli baxış" mövzusunun müzakirə olunduğu paneldə UDEF-in sədri Mehmet Əli Bolat, Beynəlxalq Ədalət, Bərabərlik və Sülh Şurasının (COJEP) sədri Əli Gedikoğlu, o cümlədən Parisdə fəaliyyət göstərən bir çox tələbə dərnəyi və tələbələr iştirak edib.

  Proqramdan sonra Anadolu Agentliyinə məlumat verən UDEF sədri deyib:

  “Tələbə görüşlərinin Fransadakı ilk toplantısı UNESCO mərkəzində həyata keçirildi. Bu, başlangıc üçün çox gözəldir. Çünki dünyada 5 milyon xarici tələbə var. Onlardan 150 mini Türkiyədə təhsil alır. Həm Türkiyə, həm də Fransada təhsil alan tələbələri gündəmə gətirmək istəyirik.

  Görüş çərçivəsində təxminən 400 min xarici tələbənin olduğu Fransada qarşılaşdığı problemlər müzakirə edildi.

  Tədbirdə Türkiyədə təhsil almaq istəyən xarici tələbələrə də geniş məlumat verdik.

  Tələbə görüşlərin finalı mayın 4-də İstanbulda olacaq.”



Әlaqәli Xәbәrlәr