41-ci Beynəlxalq Moskva Film Festivalı

Türkiyə-Rusiya Qarşılıqlı Mədəniyyət və Turizm İli çərçivəsində 18-25 apreldə keçiriləcək 41-ci Beynəlxalq Moskva Film Festivalında Türkiyə “Şərəf qonağı ölkə" olaraq iştirak edəcək.

1185112
41-ci Beynəlxalq Moskva Film Festivalı

Nazirliyin yaydığı bəyanatda bildirilib: Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Türkiyənin qatılacağı "41-ci Beynəlxalq Moskva Film Festivalı" iki ölkə arasında inkişaf edən əlaqələrə mədəni sahədə də əhəmiyyətli töhfə verəcək.

Türkiyədən prodüser, rejissor, aktyor və aktrisaların qatılacaqları festivalda, Türk filmləri nümayiş etdiriləcək. Festivalda, Semih Kaplanoğlunun "Buğda", Nuri Bilge Ceylanın "Ahlat Ağacı", Mahmud Fazil Coşkun "Anons", Vuslat Saraçoğlunun "Borc", Banu Sıvacının "Göyərçin", Əhməd Katıksızın "Bizim üçün Çempion" və Orxan Təkəoğlunun "Vargit vaxtı" filmləri göstəriləcək. Daha sonra filmlərin yaradıcı qrupları tamaşaçılarla söhbət edəcəklər. İki ölkənin serial və kino sektorları arasında əməkdaşlığın artırılması, ortaq istehsalların reallaşdırılması, mədəni və ticarət əməkdaşlığının möhkəmləşdirilməsi məqsədiylə "Türkiyə-Rusiya Seriallar və kinofilm Sənaye Yığıncağı" təşkil ediləcək. Həmin yığıncaqda, Mədəniyyət və Turizm Nazirliyi, TRT və Beynəlxalq Boğaziçi Film Dərnəyi ilə serial və film prodüserlərindən Fatih Aksoy, Timur Savcı və Burxan Özkan başda olmaqla sektor nümayəndələri qatılacaq.

Beynəlxalq Moskva Film Festivalının xüsusi qonaqları və münsif üzvlərinin də iştirak edəcəyi "Türkiyə Ziyafəti”festival çərçivəsində təşkil ediləcək əhəmiyyətli tədbirlərdən biri olacaq.



Әlaqәli Xәbәrlәr