Portağal çiçəyi karnavalına start verildi

Adanada növbəti portağal çiçəyi karnavalı keçirilir.

1177552
Portağal çiçəyi karnavalına start verildi
portakal cicegi.jpg

 

"Apreldə Adanada", təmasıyla bu il 7-ci dəfə təşkil edilən kanravala böyük maraq göstərilir. Eləki ölkə daxilindən və xaricdən çox sayda iştirakçı Adana şəhərinə axışıb. Şəhərdə bütün otellərdə doluluq nisbəti 100%-ə çatıb

Hər il olduğu kimi bu il də Aprelin 3-7 tarixləri arasında keçirilən karnaval turizm sektorunun üzünü güldürdü.

Adana Mədəniyyət və Turizm Müdiri Səbri Tari festival ilə bağlı yaydığı bəyanatında, əyləncəli, mədəni və bədii tədbirlərə  ev  sahibliyi  edən Karnavala marağın bu il daha da artdığını, ötən ilə müqayisədə ölkə daxilindən və xaricdən gələn turist sayında artım qeydə alındığını, otellərin 100%-nin dolduğunu bildirib. Karnavalın simvolu hesab edilən və ötən il 200 mindən çox adamın iştirakı ilə reallaşan kostyumlu yürüşün bu il 6 Apreldə təşkil ediləcəyini xatırladıb.

Türkiyə Səyahət agentləri Birliyinin Adana regional İcra heyətinin Başçısı Murat Şirin də karnavalın turizm sektoruna töhvə verdiyini, Adana başda olmaqla ətraftakı Hatay, Mersin, Osmaniyedəki otellərdə belə yer tapmaqda çətinlik çəkildiyini bildirib.



Әlaqәli Xәbәrlәr