Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin kitabı macar dilinə tərcümə edilib

Azərbaycan Milli Məclisin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı macar dilinə tərcümə edilib.

1177866
Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin kitabı macar dilinə tərcümə edilib

Azərbaycan Milli Məclisinin deputatı, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin müəllifi olduğu “Türk Dövlətləri Birliyi” kitabı macar dilinə tərcümə edilib. Bu barədə Macarıstanda yayımlanan “Barsonyos Megyei Ujsag” qəzetində dərc olunan məqalədə məlumat verilir.

Məqalədə kitabın yaxın vaxtlarda macar ictimaiyyətinə təqdim olunacağı qeyd edilir.

2013-cü ildə Azərbaycanda "Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli" kitabı nəşr olunub. 2014-2017-ci illərdə isə bu kitab türk, qazax, qırğız, boşnak və rus dillərinə tərcümə edilərək bu ölkələrdə çap olunub. Kitabda təkcə türk xalqının şanlı tarixi əks olunmur, eyni zamanda, günümüzdəki problemlərinə də toxunulur.

Kitab altı fəsildən ibarətdir: 1) I fəsil - Tarixdən doğulan gələcək; 2) II fəsil - Ümumtürk mədəniyyəti fərqli sivilizasiya nümunəsi kimi; 3) III fəsil - Avrasiyanın inkişaf perspektivləri və türk dövlətləri; 4) IV fəsil - Beynəlxalq siyasət və beynəlxalq hüquqda birlik yaratmanın əhəmiyyəti; 5) V fəsil - Sarsılmaz təməllər üzərində; 6) VI fəsil - Türk Dövlətləri Birliyinin strategiyası. Həmçinin kitabda 315-ə qədər ədəbiyyat və qaynaqdan istifadə olunub ki, bunun da əksəriyyəti türk, ingilis, rus və digər xarici mənbələrdir.

Qeyd edək ki, azərbaycanlı deputatın müəllifi olduğu "Türk Dövlətləri Birliyi" kitabı təhsil, elm və diplomatiya sahəsində çalışan insanlar üçün daha faydalıdır.

 

Mənbə: AZƏRTAC

 



Әlaqәli Xәbәrlәr