2 min illik ərzaq qiyməti siyahısı
19 il əvvəl tapıldı, 2 min illik ərzaq qiyməti siyahısı ortaya çıxarıldı.

Muğla vilayştinin Yatağan qəsəbəsində 2 min illik məclis divarlarında Roma dövründə satılan ərzaqların qiymət siyahısı tapıldı.
Qladiatorlar şəhəri kimi tanınmış 3 min 500 illik Stratonikeia Antik şəhəri Arxaik, Klassik, Ellenizm, Roma İmperatorluğu, Bizans, Bəylikler, Osmanlı və Türkiyə Cümhuriyyəti dövrlərinə ev sahibliyi edib.
Bu xüsusiyyət ilə dünyadakı nadir yaşayış məntəqələrindən biri olan antik şəhərdəki 2 min illik məclis divarında 200-dən çox ərzaq adları və qiymətləri yazır.
Stratonikeia Antik şəhərindəki qazıntı fəaliyyətlərinin sədri Prof. Dr. Bilal Söğüt 23 kvadrat metr divardakı yazıların mənasına dair bunları söyləyib:
"Roma dövründə burada satılan bütün ərzaqlara göstərilən xidmətlərin qarşılığı var. Burada antik dövrdəki insanların yedikləri və satdıqları ərzaqların hamısı var. Zeytunun belə 4 yaxud 5 növü mövcutdur. Ən keyfiyyətli zeytun o dövr üçün 45 denaryusdur. Enflyasiyanın qalxmaması üçün bir yuxarı qiymət müəyyən edilib. Ondan artıq qiymətə satmaq qeyri-mümkündür. Dəstəkləmə sistemi də var. Meydana gələn her hansı ərzaq neçədirsə bir varlı alıb 2 lirəsini ödəyir. İstehlakçıdan 5 lirəyə aldıqda, istehlakçıya burada 3 lirəyə satırlar. Varlı aradakı fərqi ödəyir. İstehlakçı və istehsalçı birbaşa dəstəklənirdi".
Әlaqәli Xәbәrlәr

TRT “Hicran”ı hicrandan qurtardı və artıq …
Tamaşa restavrasiya olunduqdan sonra görüntü keyfiyyəti 4 dəfə artıb