Moskvada Novruz bayramı qeyd olunub

Moskvadakı Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruz bayramı qeyd olunub.

1169865
Moskvada Novruz bayramı qeyd olunub

Moskvadakı Ümumrusiya Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Novruz bayramı qeyd olunub.

Bayram şənliyi çərçivəsində milli pavilyonlar, restoranlar, konsert və idman meydançaları fəaliyyət göstərib. Xalq sənəti ustaları bayrama gələnlər üçün ustad dərsləri keçiblər.

Azərbaycan pavilyonunda milli mətbəx nümunələri, suvenirlər təqdim olunub. Bayram şənliyi çərçivəsində ənənəvi plov festivalı keçirilib. Bu il müxtəlif xalqların milli mətbəx nümunələri əsasında plovları Rusiya paytaxtının ən məşhur restoranlarının aşpazları hazırlayıblar.

Azərbaycanla yanaşı Özbək, Tacik, Uyğur, Qırğız,ve digər xalqlardan 30 mindən çox insan tədbirdə iştirak edib.

 



Әlaqәli Xәbәrlәr