TBMM-nin sədri Mustafa Şentopun Novruz bayramı təbriki

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədri Mustafa Şentop Novruzun dünyaya təqdim edilən ən gözəl qlobal mesajlardan biri olduğunu söylədi.

1168190
TBMM-nin sədri Mustafa Şentopun Novruz bayramı təbriki

Türkiyə Böyük Millət Məclisnin (TBMM) sədri Mustafa Şentop Novruzun dünyaya təqdim edilən ən gözəl qlobal mesajlardan biri olduğunu söylədi.

Mustafa Şentop 21 Mart Dünya Novruz Günü münasibətilə yaydığı açıqlamada deyib: “

Orta Asiyadan Balkanlara qədər baharın gəlməsinin qeyd olunduğu əııı gözəl ümidləri təmsil edir. Novruz müxtəlif dilləri və dinləri olan cəmiyyətlər arasında mədəni dialoqun inkişafına töhfə verir. Qışdan sonra yaza qapı açan bu “yeni günün” dirçəlişin, sülh və qardaşlığın  muştuluqçusu olmasını arzulayıram."

Dünya Novruz Gününün, 2009-cu ildə Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Özbəkistan və Türkiyənin birgə müraciətilə YUNESKO-nun qeyri-mədəni irsi siyahısına salındığını xatırladan Şentop bunun müxtəlif dillərdə danışan, fərqli dinlərə inanan və müxtəlif etnik mənşələrdən olan cəmiyyətlər arasında mədəni dialoq, hörmət və anlayış mühitinin inkişaf etdirilməsi fəaliyyətlərinə ciddi töhfəsinin olduğunu ifadə edib.



Әlaqәli Xәbәrlәr