Ankarada Novruz bayramı münasibәtilә tәdbir keçirildi

Türkiyәnin paytaxtı Ankarada Novruz bayramı ilә bağlı tәdbir keçirilib.

1168194
Ankarada Novruz bayramı münasibәtilә tәdbir keçirildi

 

Türkiyәnin paytaxtı Ankarada Novruz bayramı ilә bağlı tәdbir keçirilib.

Martın 21-dә Ankaranın Çayyolu sәmtindә keçirilәn tәdbirdә Türk Dünyası Parlamentarilәr Birliyin sәdri Nail Çelebi, Türkiyә-Azәrbaycan Dostluq Qrupunun sәdri Adil Aşırım, Azәrbaycan millәt vәkili Adil Әliyev, Bakı Dostluq Qrupunun üzvlәri, Türkiyәnin Bakıdakı keçmiş sәfiri Hulusi Kılıç, Yüksәl Dәyәrcan, digәr rәsmi şәxslәr vә KİV nümayәndәlәri iştirak ediblәr.

Tәdbir çәrçivәsindә Novruzun rəmzlərindən biri olan tonqal qalanıb.

Tәdbir iştirakçıları әvvәlcә tonqalın üzәrindәn tullanıblar.

Tәdbirdә açılış nitqi ilә çıxış edәn Türk Dünyası Parlamentarilәr Birliyin sәdri Nail Çelebi deyib: ‘‘Novruz Türk Dünyasının yeni ilidir. Novruzun gəlişi baharın gəlişi deməkdir. Gecә ilә gündüzün bәrabәr olduğu, təbiətin oyandığı 21 mart Türklәr üçün eyni zamanda dirçәliş vә qurtuluş günüdür. Bu sәbәbdәn 12-i heyvanlı Türk tәqvimindә Novruz  yeni ilin başlanğıcı hesab edilir. Novruz qәdim dövrlәrdәn bәri Türklәr tәrәfindәn geniş qeyd olunur. Azәrbaycan, Qazax, Qırğız, Türkmәn, Özbәk, Tatar, Uyğur, Anadolu vә Balkan ölkәlәrindәki  Türklәrin  Novruz bayramı mübarәk olsun’’.

Nail Çelebi hәmçinin qeyd edib ki, yeni ildә zülmә mәruz qalan Türk vә müsәlman torpağı qalmasın. Türkә, müsәlmana qarşı olan düşmәnçilik vә terror hücumları sona çatsın. Terrora dәstәk verәn ölkәlәrә qarşı Türk birliyi zamanıdır. Buradan Türk Cümhuriyyәtlәrinin liderlәrinә vә soydaşlarımıza sәslәnirәm artıq Türk dövlәtlәri bir araya gәlsin vә Avropa İttifaqı kimi bir Türk Birliyi yaradılsın. XXI әsrin  ''qızıl alması''  Türk Birliyidir. Türkün Türkdәn başqa dostu yoxdur. Novruz bayramının Türk Cümhuriyyәtlәrindә olduğu kimi ölkәmizdә dә milli bayram olaraq qeyd olunmasını arzulayıram. Bir daha Türk dünyasını yeni il münasibәtilә tәbrik edir, Novruzun Türk dövlәtlәrinә  uğur ilә güc gәtirmәsini vә mövcudluqlarının әbәdi olmasını arzulayıram.

Tәdbirdә çıxış edәn Azәrbaycan millәt vәkili Adil Әliyev isә ilk olaraq iştirakçıları salamlayıb. A. Әliyev  çıxışı zamanı Novruz bayramının әhәmiyyәtindәn söhbәt açıb. Azәrbaycan millәt vәkili Türk Birliyinin bütün gücü ilә dünyadaki mövcudluğunu davam etdirәcәyini dilә gәtirib. Türkiyәnin Bakıdakı keçmiş sәfiri Hulusi Kılıç da öz növbәsindә Türk dünyasını Novruz bayramı münasibәtilә tәbrik edib.



Әlaqәli Xәbәrlәr