“Novruz bayramı sevginin və dostluğun bayramıdır”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə xalqı təbrik etdi.

1167495
“Novruz bayramı sevginin və dostluğun bayramıdır”, R.T.Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə xalqı təbrik etdi.

Ərdoğan açıqlamasında baharın gəldiyini müjdələyən Novruzun sevginin və dostluğun bayramı kimi qeyd olunmasını dilədi.

Ərdoğan açıqlamasında bildirdi ki, Novruz bayramı baharın simvoludur. Bizim üçün həm də birlik və bərabərlik mənası daşıyır. Bu gözəl bayramı qeyd edənləri həmin münasibətlə təbrik edirəm.”

Ərdoğan təbrik mesajında deyib: "Biz fərqlilikləri zənginlik kimi görürük. Sülh, tolerantlıq, sevgi və qardaşlıq kimi qlobal dəyərləri özümüzdə cəmləşdirmişik. Həmin çərçivədə Novruzun təmsil etdiyi yenidən dirçəliş ruhuna hər zaman yiyə duracaq, bölgəmizdə və dünyada baş verən mənfiliklər qarşısında öz tariximizdən götürdüyümüz güclə mübarizəmizi davam etdirəcəyik."

Baharı müjdələyən Novruzun ölkənin hər bir guşəsində və ortaq mədəniyyət coğrafiyasında  qardaş icmalarda sevginin və dostluğun bayramı kimi qeyd olunmasını azru edən Ərdoğan mesajında “ Bolluğun və bərəkətin bayramı Novruzun əziz millətimiz üçün gözəllik və xeyir gətirməsini diləyir, bütün vətəndaşlarımızı qəlbən salamlayıram” deyib.



Әlaqәli Xәbәrlәr