Rusiyanın  Qırmızı Ordu  Xoru və rəqs ansamblı İstanbulda sənətsevərlərlə görüşdü

Orkestr, rəqqas və solistlərdən ibarət 120 nəfərlik ansabl 2019 Türkiyə- Rusiya Mədəniyyət Turizm İli tədbirləri çərçivəsində səhnəyə çıxdı.

1161014
Rusiyanın  Qırmızı Ordu  Xoru və rəqs ansamblı İstanbulda sənətsevərlərlə görüşdü

Rusiyanın  Qırmızı Ordu  Xoru və rəqs ansamblı İstanbulda sənətsevərlərlə görüşdü.
 
 Orkestr, rəqqas və solistlərdən ibarət 120 nəfərlik ansabl 2019 Türkiyə- Rusiya Mədəniyyət Turizm İli tədbirləri çərçivəsində səhnəyə çıxdı.
 
 Yaranmasının 91-ci ilini qeyd edən ansamblın İstanbulda keçirilən pulsuz konsertində Rusiyanın əməkdar artistləri  Nataliya Moskvina, Pavel Maksimov, Valeriy Qavva və Vadim Ananyevlə yanaşı beynəlxalq müsabiqələr laureatı Maksim Maklakov da çıxış etdilər.
 
 Repertuarında 2 mindən çox əsər olan Qırmızı Ordu  Xoru "İstiqlal marşı", "Sevdan olmasa" və "Çanaqqala türküsü"nü də səsləndiirdi.
 
 Qırmızı Ordu Mərkəzi Evində 1928-ci ildə yaradılan xor həmin il müharibə şərtlərində əsgərlərə və Sovet Sosialist Respublikalar İttifaqı xalqlarına ruh vermək məqsədilə ilk dəfə konsert proqramı ilə çıxış edib.

Qırmızı Ordu  Xoru bu gün də İstanbulda Ataşehir Ülker İdman və Tədbir Salonunda səhnəyə çıxacaq.



Әlaqәli Xәbәrlәr