Avstraliyada Türk bazarı coşğusu

Avstraliyanın Melburn şəhərində bu il 12-ci dəfə keçirilən ənənəvi "Commonwealth Bank Queen Victoria Market" Türk Bazarı Festivalı ilk gün rəngarəng görüntülərə səhnə oldu.

1160141
Avstraliyada Türk bazarı coşğusu

Avstraliyanın Melburn şəhərində bu il 12-ci dəfə keçirilən ənənəvi "Commonwealth Bank Queen Victoria Market" Türk Bazarı Festivalı ilk gün rəngarəng görüntülərə səhnə oldu.

Moreland Türk Dərnəyi tərəfindən Melburnun tarixi və turistik yerlərindən biri olan "Queen Victoria Market' də keçirilən festivalın ilk günü insan axınına məruz qaldı.

Ötən il iki gündə təxminən 74 min insana ev sahibliyi edən festival istər qonaqların sayı, istərsə də və təqdimat zənginliyi baxımından Melburndakıi ən əhəmiyyətli festivallardan biri sayılır.

Avstraliyalı Türklərlə yanaşı müxtəlif etnik mənsubiyyəti olan qonaqların iştirak etdiyi festivalda kəbab növləri, çiy köftə, türk llokumu və lokma, eyni zamanda Türk qəhvəsi böyük marağa səbəb oldu.

Bu il Yunus Emre İnstitutunun da stend açdığı festivalda əl sənətləri, suvenirlər, ebru sənəti, milli qiyafətlər, xəttatlıq sənəti nüminələri nümayiş olunur.

Türkiyə və Şimali Kipr Türk Respublikasından dəvət edilən incəsənət xadimlərinin konsert verdiyi festivalda Avstraliya Türk Mehter Ansamblı və xalq oyunları qrupları da Türkiyənin fərqli bölgələrinin mahnı və rəqs nümunələrini sərgiləyirlər.

Viktoria Əyalət hökuməti, Melburn bələdiyyəsi və Türkiyə Respublikasının Melburndakı Baş Konsulluğunun dəstəklərii ilə "Queen Victoria Market"Türk Bazar Festivalı sabah proqramda nəzərdə tutulmuş tədbirlərdən sonra başa çatacaq.
 



Әlaqәli Xәbәrlәr