Çamlıca məscidində ilk sübh namazı

İstanbulun ən hündür təpəsində tikilən Çamlıca məscidi ibadət üçün istifadəyə verildi.

1158850
Çamlıca məscidində ilk sübh namazı

Tikinti işlərinə 2013-cü ildə başlanan və 6 ildir davam edən tikinti işlərindən sonra məsciddə ilk azan sübh namazında oxundu.

Ədalət və İnkişaf Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırımın da iştirak etdiyi sübh namazına vətəndaşlar böyük maraq göstərdilər.

Yıldırım sübh namazı ilə ibadət üçün Çamlıca məscidinin möhtəşəm bir əsər olduğunu söylədi.

Eyni anda 63 min insanın ibadət edə biləcəyi bir kompleks olaraq diyazn edilən Çamlıca məscidinin rəsmi açılışını daha sonra prezident Rəcəb Tayyib Ərdoğan həyata keçirəcək.

Çamlıca məscidi ibadət sahəsilə yanaşı 11 min kvadratmetrlik muzey, 3 min 500 kvadratmetrlik sənət qalereyası, 3 min kvadratmetrlik kitabxana, min nəfərlik konfrans salonu, 8 sənət atelyesi, 3 min 500 maşın tutumu olan qapalı park yeri var.

İstanbulu təsvir edən məscidin qülləsinin diametri 34 metrdir.



Әlaqәli Xәbәrlәr