Qətərdə bölgənin erkən İslam dövrünə aid ən qədim arxeoloji sahəsi kəşf edildi

Qətər Muzeylər Qurumundan verilən yazılı açıqlamada bildirilir.

1157770
Qətərdə bölgənin erkən İslam dövrünə aid ən qədim arxeoloji sahəsi kəşf edildi
katar islam-arkeoloji1.jpg

  Qətərdə bölgənin erkən İslam dövrünə aid ən qədim arxeoloji sahəsi kəşf edildi.

  Qətər Muzeylər Qurumundan verilən yazılı açıqlamada bildirilir:

  "Qətərdəki London Universitetinin əməkdaşlığı ilə ölkənin qərbindəki Yuqbi ərazisində aparılan qazıntı işləri nəticəsində erkən İslam dövrünə aid bölgənin ən qədim arxeoloji sahəsi kəşf edildi. İlkin versiyaya görə, bu yerin Sasanilər dövrünün sonlarına aid olduğu, miladi ilə 538-670-ci illərdə inşa edildiyi düşünülür. Salamat qalmış memarlıq qalıqları isə 661-750-ci illərə aid təəssüratı yaradır. Meydançada olan qalıqlar arasında 7-8-ci əsrlərə aid keramika, şüşə materialları, metal, daş qab və ov alətləri vardır.”

  Qeyd edək ki, bu arxeoloji kəşf Qətər Muzeyləri ilə Qətərdəki London Universiteti arasında "Böyük səhra" birgə layihəsi çərçivəsində 3 il qabaqdan başlanılmışdı.



Әlaqәli Xәbәrlәr