Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsidir

İkinci Novruz çərşənbəsi boz ayda qeyd edilən Od çərşənbəsidir.

1156927
Od çərşənbəsi — Novruz bayramının ikinci çərşənbəsidir

  Azərbaycanlıların qədim bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür – su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir.

  İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

  Günәş istisini arzulayan ulu babalarımız od çәrşәndәsindә sübh tezdәn Günәşә qurban aparardılar. Böyük tonqal qalayıb günәşin çıxmasını gözlәyәr, odun şәrәfinә nәğmәlәr oxuyardılar. Tonqal sönәndәn sonra qızlar vә oğlanlar külü yığıb onu kәndin kәnarına, ya da yola sәpirdilәr. Bu bir növ tonqaldan atılmış adamların azarınn çıxıb getmәsini simvolizә edir. Qәdim dövrdә tonqalı yetkinlik yaşına çatmamış oğlan uşağı çaxmaq daşı vasitәsilә qalayardı. Belә od müqәddәs sayılardı. Tariximizdә elә dövrdәr olub ki, odun üzәrindәn atlanmaqla mәhkumlar xilas olublar. Demәli günahsızdır ki, od onu yandırmayıb.

  Od çәrşәnbәsinin digәr maraqlı mәrasimlәrindәn biri dә il boyu ailә üzvlәrindәn birini itirmiş evlәrin qarşısında tonqal qalamaqdı. Od yandırmaqla hәmin ailәnin saxladığı yas mәrasimiqә son qoyulardı. İnsanlara Uraz/Araz (od, atәş) adının verilmәsi, evlәrdә üzәrrik yandırılması, xәbis ruhlardan qorunmaq mәqsәdilә qoyun sürülәrinin yanmaqda olan kolların altından keçirilmәsi, tәndirin müqәddәs sayılması, ondan arzuların gerçәklәşmәsinin istәnilmәsi, yanmaqda olan ocağı söndürmәmәk vә mәzar daşların üzәrindә atәşdanların hәkk edilmәsi vә başqa nümunәlәr dә türklәrin oda olan hörmәt vә ehtiramını göstәrir. Qәdimdә evlәrdә ocağı sönmәyә qoymurdular. Yalnız kimsә ölmüş olarsa odu çıxarıb xüsusi yerdә saxlayır vә qış vaxtı 5 gündәn sonra, yayda isә bir aydan sonra odu evә qaytarardılar.



Әlaqәli Xәbәrlәr