Pianoçu və bəstəkar Fazıl Sayın Almaniyanın Bremen şəhərində konserti keçirilib

Dünya şöhrətli pianoçu və bəstəkar Fazıl Sayın Almaniyanın Bremen şəhərində konsert proqramı keçirilib.

Pianoçu və bəstəkar Fazıl Sayın Almaniyanın Bremen şəhərində konserti keçirilib

Dünya şöhrətli pianoçu və bəstəkar Fazıl Sayın Almaniyanın Bremen şəhərində konsert proqramı keçirilib.

Fazıl Say “Die Gloke” adlı Bremen konsərt salonunda dünən axşam təşkil edilən yardım məqsədli ənənəvi Federal Prezident Aparatı Konsertində səhnədə olub.

Almaniya prezidenti Frank-Valter Ştaynmayer və həyat yoldaşı Elke Büdenbenderin də izlədiyi konsertdə Say Steven Sloane idarə etdiyi Bremen Filarmoniya Orkestrinin müşayiətilə Volfqanq Amadeus Mosart, Leonard Bernştayn və George Gerşvinin əsərlərini çalıb.

Ştaynmayer konsert proqramından sonra Fazıl Say ilə söhbət edib.  

Federal Prezident Aparatı Konsert proqramı 1988 ilindən bəridir hər il fərqli əyalətdə təşkil edilir.

 



Әlaqәli Xәbәrlәr