Avropa Caz Festivalı İzmirdə keçiriləcək

26-cı Avropa Caz Festivalı, 2-20 Mart tarixlərində İzmirdə keçiriləcək.

1147509
Avropa Caz Festivalı İzmirdə keçiriləcək

İzmir Mədəniyyət İncəsənət və Təhsil Fondunun yaydığı məlumata görə caz festivalına 2 Mart Şənbə günü Əhməd Adnan Sayqun İncəsənət Mərkəzində Ferit Odmanın konsertiylə start veriləcək.

Festival çərçivəsində 9 konsertdən başqa, seminar və film nümayişi kimi tətbirlər də keçiriləcək.

Festivalın ilk konsertində Türkiyədə caz davulun qabaqcıllarından Odman, "Autumn in New York" və "Nommo" albomlarındakı quartet aranjmanlarını təqdim edəcək.



Әlaqәli Xәbәrlәr