Məşhur repçi ABŞ-da nəzarətə götürüldü

"Grammy"  mükafatı namizədi repçi "21 Savage" viza müddəti bitdiyi üçün Amerika Birləşmiş Ştatlarında saxlanıldı.

1138371
Məşhur repçi ABŞ-da nəzarətə götürüldü

"Grammy"  mükafatı namizədi repçi "21 Savage" viza müddəti bitdiyi üçün Amerika Birləşmiş Ştatlarında saxlanıldı.
 
 ABŞ Miqrasiya və Gömrük Mühafizə Bürosunun (ICE) sözçüsü Brayan Koks (Bryan Cox) "21 Savage" səhnə təxəllüsündən istifadə edən İngiltərə vətəndaşı, repçi Şa Yaa Bin Abraham- Cozefin (Sha Yaa Bin Abraham-Cozef) Atlanta şəhərində keçirilən əməliyyatda nəzarətə götürüldüyünü bildirdi.
 
Repçinin viza müddətinin başa çatdığını qeyd edən Koks 2005-ci ildə ölkəyə qanuni yollarla girən Abraham-Cozefin 2014-cü ildə narkotik cinayətindən mühakimə olduğunu da qeyd etdi.
 
 Abraham-Cozef amerikan rep musiqi sənətçisi Post Malone ilə yazdırdıqları "Rockstar" adlı singl ilə gələn həftə keçiriləcək 61-ci "Grammy"  mükafatında  "İlin albomu" və "İlin repi" kateqoriyalarında namizəd olmuşdu.



Әlaqәli Xәbәrlәr