Cənubi Koreyanın paytaxtı Seulda Yunus Emre İnstitutu açıldı

Yunus Emre İnstitutu paytaxt şəhərdəki Hankuk Xarici Dillər Universitetilə imzalanan protokol çərçivəsində universitetdə ayrılan ofisdə öz fəaliyyətinə başlayıb.

1123926
Cənubi Koreyanın paytaxtı Seulda Yunus Emre İnstitutu açıldı

Yunus Emre İnstitutu paytaxt şəhərdəki Hankuk Xarici Dillər Universitetilə imzalanan protokol çərçivəsində universitetdə ayrılan ofisdə öz fəaliyyətinə başlayıb.

Seul Yunus Eme İnstitutunun əməkdaşı Özgür Can Yıldız Türkiyənin Seul səfiri Әrsin Әrçini qurumun fəaliyyətlərinə dair məlumatlandırmaq məqsədilǝ ziyarət etdi.

Səfir Әrçin institutun Seuldə fəaliyyətlərinə başlaması ilə Türkiyənin mədəniyyət dəyərlərinin burda da təşkilatlı şəkildə tanıdılmasına görə böyük məmnunluq duyduğunu dilə gətirdi: “ Türkiyəni və Türk xalqını qardaş qəbul edən Koreyada Yunus Emre İnstitutun ilkin planda iki məqsədi olacaq. Birincisi; Türk dili və mədəniyyətinin layıqlı şəkildə tanıdılması, ölkəmizlə əlaqəli məlumat və şüur səviyəsinin artırılması və buna görə də Türkiyəyə istiqamətli turizmin təşviq edilməsidir. İkincisi isə Koreyada mədəniyyət tanıdılması sahəsinə də sızmış Fətullahçı terror təşkilatı (FETÖ) ilə əlaqəli təşkilatlanmaların fəaliyyətlərini məhdud etmək və mərhələli olaraq aradan qaldırmaqdır”.

Seul Yunus Emre İnstitutunun əməkdaşı Özgür Can Yıldız isə Yunus Emre İnstitutunun yanvar ayından tutmuş fəaliyyətini başlatdığını bildirərək, institut olaraq dünya miqyasında ildə 1200-dən artıq fəaliyyətlərinin olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr