Milli saraylar 2018-ci ildə də turistlərin diqqət mərkəzində oldu

Milli Saraylar İdarəsi Sədrliyinə bağlı tarixi saray, qəsr və köşklər 2018-ci ildə də yerli və xarici turistlərin diqqət mərkəzində oldu.

1116708
Milli saraylar 2018-ci ildə də turistlərin diqqət mərkəzində oldu

Milli Saraylar İdarəsi Sədrliyinə bağlı tarixi saray, qəsr və köşklər 2018-ci ildə də yerli və xarici turistlərin diqqət mərkəzində oldu.

İdarənin bununla bağlı açıqlamasında bildirilib ki, 2017-ci ildə 1 milyon 100 min yerli və xarici ziyarətçi sayı 2018-ci ildə 1 milyon 430 minə çatdı. Siyahının başında 998 min ziyarətçilə İstanbul Dolmabahçe sarayı yer aldıqda, Beylerbeyi sarayı 126 min nəfərlə ən çox ziyarətçi qəbul edən ikinci məkan oldu. İhlamur qəsrini 73 min, Milli Saraylar Rəsm muzeyini isə 55 min nəfər gəzdi.

Küçüksu qəsri,  Yıldız Şale köşkü, Maslak qəsri, Aynalıkavak qəsri, Saray Kolleksiyaları muzeyi, Florya Atatürk qəsri, Yalova Atatürk qəsri və Beykoz Mecidiye Qəsri isə bu il cəmi  178 min yerli və xarici turistə ev sahibliyi etdi.

Milli saraylar tərkibində xidmət göstərən tarixi məkanlar arasında ən çox xarici ziyarətçini Dolmabahçe sarayı qonaq etdi. Keçən il 335 min xarici turist qonaq edən sarayı bu il müxtəlif ölkələrdən 645 min turist gəzdi. 

Milli saraylarda bu xidmətlərdən cəmi 46 milyon 260 min Türk lirəsi ziyarət gəliri əldə edildi.



Әlaqәli Xәbәrlәr