Səlcuqlu dövrü paltarları gələnlərin böyük marağına səbəb oldu

Mövlana Cəlaləddin Rumi ölümünün 745 ildönümündə Konyada xatırlanır.

1107627
Səlcuqlu dövrü paltarları gələnlərin böyük marağına səbəb oldu

  Mövlana Cəlaləddin Rumi ölümünün 745 ildönümündə Konyada xatırlanır.

  “Selam Vakti” başlığı ilə keçirilən mərasimlər silsiləsi 9-cu gündür ki, davam edir.

  Mövlana Mədəniyyət Mərkəzinin Sərgi Salonunda Konya Təkmilləşdirmə İnstitutu tərəfindən təşkil edilən Səlcuqlu dövrü paltarlarının nümayişi gələnlərin böyük marağına səbəb olub.

  Yerli və xarici turistlər sərgidəki qiyafətlərlə xatirə fotoşəkilləri ilə çəkdirir, həmin paltarlarla bağlı yazılı məlumat alırlar.

  Bu geyimlərin hamısı paltartikən maşın deyil, əllə tikilib. Sərgidə nümayiş etdirilən 8 geyimin təkcə hazırlıq prosesi - tarixi araşdırma və tikilişi təxminən bir ilə başa gəlib.

  Qeyd edək ki, Mövlananın 745-ci Vusal İli münasibətilə beynəlxalq xatirə tədbirləri çərçivəsinə Türkiyə türkcəsi və ingiliscə məsnəvi dərsləri, konfranslar, teatrlar, çıxışlar və qiraət daxildir.



Әlaqәli Xәbәrlәr