İranda Türkiyə filmlərinə böyük maraq göstərilir
"Türkiyə Filmləri Həftəsi" tədbirləri çərçivəsində İranın paytaxtı Tehranda türk filmləri göstərilir.

Tehranda Yunis Əmrə İnstitutunun (YƏİ) təşkil etdiyi tədbir çərçivəsində Derviş Zaimin "Balıq", Əmin Alpərin "Abluka", Tolqa Karaçəlikin "Sarmaşık" və Faruk Hacıhafızoğlunun "Kar və Korsanları" adlı filmlər İranlı tamaşaçılara təqdim edildi.
İnstitutun Mədəniyyət İncəsənət koordinatoru Yusuf Korkmaz Yunis Əmrə İnstitutunun Mədəniyyət Nazirliyi yayında təxminən 45 ölkədə 52 mərkəzdə mədəniyyət tədbirləri keçirdiyini bildirib. Korkmaz İranda ilk dəfə 2016-ci ildə belə bir tətbir keçirdiklərini, bu ölkədə Türk filmlərinə, Türkiyədə isə İran filmlərinə böyük maraq göstərildiyini bunun isə iki xalqın bir-birinə olan simpatiyasını gücləndirdiyini, İranda Türk dili ilǝ hǝr kǝsin tanış olduğunu bu sǝbǝbdǝn göstərilən filmlərin Türk dilində səsləndirildiyini bildirib.