Türkiyə serialları dünyada birincidir

Məlumatı Türkiyə Mədəniyyət və Turizm naziri Nuri Ersoy verdi.

1091397
Türkiyə serialları dünyada birincidir

 Türkiyə Mədəniyyət və Turizm naziri Nuri Ersoy nazirliyin 2019-ci il üçün büdcəsinin müzakirə olunduğu Türkiyə Böyük Millət Məclisinin Plan və Büdcə Komissiyasında millət vəkilləriin suallarını cavablandırdı.
 
 Kinomatoqrafiya sektoruna dair suallara cavab verən Ersoy nazirlik tərəfindən sektora verilən dəstəklərlə 2002-ci ildə 9 olan yerli film sayının 2017-ci ildə 148-ə çıxdığını, 2 milyon olan yerli film tamaşaçısının sayının isə 40 milyonu keçdiyini bildirdi.
 
 Türkiyənin 56%-lik yerli film izləmə nisbəti ilə Avropada birinci yerdə olduğunu vurğulayan Ersoy: "Seriallarımız 156 ölkəyə ixrac edilir. Dünya səviyyəsində serial idxalının 25 %-ni  Türkiyə serialları təşkil edir. Bu göstərici ilə ölkəmiz dünyada birinci yerdədir" dedi.



Әlaqәli Xәbәrlәr