“Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalı

Festivalda Rusiya, Qazaxıstan, Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri iştirak edib.

1090127
“Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalı

  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Qırğızıstanın paytaxtı Bişkekdə Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” Beynəlxalq Teatr Festivalında iştirak edib.

  Azərtac xəbər verir ki, Azərbaycandan başqa festivala Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan teatrlarının kollektivləri də qatılıb.

  Festivalda Əməkdar artist Mehriban Xanlarova Çingiz Aytmatovun “Manqurt” tamaşasındakı Nayman ana roluna görə “İkinci planda ən yaxşı qadın ifaçısı” mükafatına layiq görülüb.

  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının festivalda iştirakı Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.



Әlaqәli Xәbәrlәr