"Diriliş Ərtoğrul" Venesuela tamaşaçıları ilə görüşdü

Türkiyə Radio Televiziya Qurumu - TRT-nin 70-ə yaxın ölkədə izlənilən serialı "Diriliş Ərtoğrul" Venesuela tamaşaçıları ilə də görüşdü.

1075220
"Diriliş Ərtoğrul" Venesuela tamaşaçıları ilə görüşdü

Türkiyə Radio Televiziya Qurumu - TRT-nin 70-ə yaxın ölkədə izlənilən serialı "Diriliş Ərtoğrul" Venesuela tamaşaçıları ilə də görüşdü.
 
Serial bu həftə ölkənin rəsmi televiziyası TVES-də yayımlanmağa başladı.
 
 Ölkə mətbuatında da serialdan bəhs edən xəbərlər dərc olundu.
 
 "El Universal" qəzetinin internet saytı xəbəri oxucularına "TVES  mübarizənin, ehtirasın və eşqin hekayəsi olan Ərtoğrulu yayımlayır" başlığı ilə çatdlrdı.
 
 Xəbərdə "Diriliş Ərtoğrul"un aldığı bir çox mükafata diqqət çəkilir, liderliyi ilə dünya tarixinə təsir edən Ərtoğrul Qazinin həyatının serialın mövzusu olduğu qeyd edilir.
 
Xəbərdə  "Diriliş Ərtoğrul"un təhlükə, intriqa və ölümlə yanaşı, fədakarlıq, cəsarət və çətin bir eşq hekayəsi ilə Venesuela xalqının qəlbini fəth etmək istədiyi ifadə edilir.
 
Qeyd edək ki,  Venesuelanın dövlət başçısı Nikolas Maduro iyul ayında heyranı olduğu  "Diriliş Ərtoğrul"un İstanbul Beykozdakı çəkilişlərini izləmişdi.
 
Maduronun seriala olan heyranlığı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sentyabr ayında bu ölkəyə etdiyi səfərdə də gündəmə gəlmişdi.
 
 Çavuşoğlunu paytaxt Karakasdakı prezident sarayı Mirafloresdə qəbul edən Maduro serialının ölkəsində yayımlanması üçün təşəbbüs göstərəcəyini söyləmişdi.



Әlaqәli Xәbәrlәr