TRT növbəti ilkə imza atdı

Türkiyənin dünyaya açılan pəncərəsi Türkiyə Radio Televiziya Qurumu (TRT) daha bir ilkə imza atdı: “TRT World Citizen” Humanitar Yardım Mükafatları üçün İstanbulda mərasim keçirildi.

1062831
TRT növbəti ilkə imza atdı
trt world citizen istanbul.jpg
trt world citizen.jpg

   TRT bazasında 2017-ci ildə yaradılan sosial məsuliyyət təşəbbüsü – “TRT World Citizen” tərəfindən həyata keçirilən tədbirdə təhsil, informasiya, "Həyat boyu müvəffəqiyyət" və "İlin dünya vətəndaşı” olmaqla 4 kateqoriya üzrə mükafat müəyyən edilib.

  Tədbirdə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğannın məktubu oxundu: "Başqasının dərdi ilə dərdlənmək, yaxşılıq üçün yaşamaq gözəl ruhların işidir. Dünya ancaq yaxşılığın gücünə inananların sayəsinə dəyişə bilər".

  TRT-nin baş direktoru İbrahim Eren mərasimdə etdiyi çıxışında yeni media dili prosesində TRT-nin qurucu və təşəbbüskar olduğunu vurğuladı.

  Mərasimdə Türkiyədə ən yüksək səviyyədə yerli təhsil verən pedaqoq Səkinə Yaqubiyə (Sakena Yacoobi) "2018 TRT World Citizen" Pedaqoq Mükafatı təqdim edildi.

  Əfqanıstanda terror təşkilatı Talibanla müharibənin ən gərgin olduğu dövrlərində 30 min qız üçün yerin altında məktəb düzəldən, bu günə qədər ölkəsində 350 mindən çox insana təhsil imkanı bəxş edən S.Yakubi təşəkkür çıxışı edərək dünyanın savaş xəttində yaşayan və ya qaçqın kimi həyatlarını davam etdirən uşaqlar barədə danışdı.  

  “2018 TRT World Citizen” İnformasiya Mükafatı isə sosial mediada yerli və qlobal səviyyədə informasiyanı insanların həyatlarını yaxşılaşdırmaq məqsədilə istifadə edən dünya vətəndaşı Cerom Jara (Jerome Jarre) verilib. Mükafatı ona “Diriliş Ərtoğrul” serialının baş rol aktyoru Engin Altan Düzyatan təqdim etdi.

  Somalinin aclıq və quraqlıqla mübarizə apardığı, 6 milyon insanın suya və yeməyə möhtac qaldığı 2017-ci ildə ölkədəki bir düşərgədə çalışan bir könüllünün sosial media üzərindən Cerom Jara vəziyyəti çatdırması ilə hər şeyi dəyişib. Hərəkətə keçən fransız fenomen çəkdiyi video ilə #lovearmy (#sevgiordusu) yardım hərəkatının qabaqcıllarından olub. Türkiyə Hava Yolları ilə həyata keçirilən əməkdaşlıq nəticəsində 60 ton qida Moqadişuya çatdırılıb.

  Humanitar yardım məsələsində yeni bir model həyata keçirən C.Jar deyib: "Biz qaçqınlara düyü və ya paxla bitkiləri aparmırıq. Onlara imkan təqdim edirik və hər nə etmək istəyirlərsə, onlara buraxırıq. Çünki bacarıqları var və işləmək istəyirlər. Onlardan bir şey götürüb aparmadan bir şey etməyin yolu budur".

  “2018 TRT World Citizen” İlin Vətəndaşı Mükafatı çalışma və səyləri nümunə olan, böyük fədakarlıqla özünü bəşəriyyətə həsr edən, ölümcül xəstəliklər ucbatından tərk edilmiş uşaqları övladlığa götürərək qayğılarını üzərinə götürən Amerika Birləşmiş Ştatlarında Liviya əsilli Məhəmməd Bzeekə verildi. Bu günə qədər 80 uşağın təminatını öz üzərinə götürən M.Bzeek 1,5 aylıq övladlığa götürdüyü ölümcül xəstə Samantadan ayrı qalmaq istəmədiyi üçün mərasimə qatıla bilməmişdi, onun yerinə mükafatı Məhəmməd Bzeekin həyatını sənədli filmə köçürən “TRT World”ün rejissoru Ensar Altay aldı. M.Bzeek göndərdiyi videoda Əminə Ərdoğan və TRT-nin baş direktoru İbrahim Erenə təşəkkürlərini çatdırdı.

  "2018 TRT World Citizen” Həyat boyu Müvəffəqiyyət Mükafatına isə cəmiyyətə ömür boyu töhfələr vermiş, həyatının çoxunu bəşəriyyətin xidmətinə yönələn işlərə sərf etmiş, adını daşıyan fondun təsisçisi Həvva Abdi layiq görüldü. Onun yerinə mükafatı mərasimdə iştirak edən qızı Deqo Məhəmməd qəbul etdi. Mükafatı ona KADEM-in sədr müavini Süməyyə Ərdoğan Bayraqdar verdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Somaliyə gəlişilə dünyanın onlara baxışının vurğulayan Deqo Məhəmməd Türkiyə Hava Yolları, TRT və Türkiyə hökumətinə təşəkkür etdi.

  “TRT World Citizen” Qısametrajlı Film Müsabiqəsində qaçqın uşaqların yaşadıqları problemləri lentə alan, 110 ölkədən gələn 4 mindən çox müraciət arasında seçilən 3 finalçıya da mükafatlar təqdim olundu.

  Birincilik mükafatı İraqda çalışan bir səhiyyə işçisinin xilas etdiyi gənc qızdan bəhs edən “Dağıntının altında yuxular” ("Dreams Under the Rubble") qısametrajlı filminin müəllifi, iraqlı Məhəmməd Xəlil aldı. Mükafatı ona Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) sədri Françesko Rokka (Fransesco Rocca) verdi.

  İkincilik mükafatını terror hücumundan sonra kəndindən qaçmaq məcburiyyətində qalan Meri (Mary) və kuklasından bəhs edilən “Kukla” ("The Doll") qısametrajlı filminə görə Serdal Altun qazandı. Mükafatı ona Türkiyə Əməkdaşlıq və İnkişaf Agentliyinin (TİKA) rəhbəri Sərdar Çam verdi.

  Üçüncülük mükafatı isə Türkiyədə yaşayan gənc qaçqın Məhəmmədin həyatını əks etdirən qısametrajlı filminə görə Ömər Göyrüşə təqdim edildi. O, mükafatı Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kərəm Kınıq təhvil aldı.



Әlaqәli Xәbәrlәr