Vyanada Türk-Macar mədəniyyət günləri keçirilib

Avstriyanın paytaxtı Vyanada Yunus Əmrə İnstitutu  və Macarıstan  Mədəniyyət Mərkəzi tərəfindən ənənəvi qəhvə həftəsi çərçivəsində iki ölkənin bədii və mədəni dəyərlərinin əks olunduğu  tədbir keçirilib.

1061796
Vyanada Türk-Macar mədəniyyət günləri  keçirilib

Avstriyanın paytaxtı Vyanada Yunus Əmrə İnstitutu  və Macarıstan  Mədəniyyət Mərkəzi tərəfindən ənənəvi qəhvə həftəsi çərçivəsində iki ölkənin bədii və mədəni dəyərlərinin əks olunduğu  tədbir keçirilib.

Tarixi kafedә  təşkil olunan tәdbirdә  iki mədəniyyətin ortaq dəyərləri, Türk  və macar  sənətkarların iki ölkə haqqında qələmə aldığı müxtəlif əsərlər sәnәtsevәrlәrin diqqətinə çatdırılıb.

Osmanlı sәyyahı Övliya Çәlәbinin Budapeşt haqqında qәlәmә aldığı yazılarının  Türk vә Alman dillәrindә sәslәndirildiyi tәdbirdә Macarıstan mәdәniyyәtinin  bir parçası olan Gül Baba Türbәsinin iki mәdәniyyәt üçün olan әhәmiyyәti vurğulanıb.

Vyanadakı  Yunus Əmrə İnstitutunun müdiri Ayşe Yorulmaz tәdbirdәki çıxışında Gül Baba Türbәsinin Macar xalqı tәrәfindәn mәnimsәnilmәsinin vә bu  gün dә xatırlanmasının hәr iki mәdәniyyәti  bir-birinә daha da yaxınlaşdırdığını  bildirib. Ayşe Yorulmaz  hər il təşkil olunan  qәhvә günlәri tədbirində bu il Macarıstan ilə əməkdaşlıq etməkdən məmnunluq hissi keçirdiyini dilə gətirib.

Çıxışlardan sonra iştirakçılara  Osmanlı dövrü və sonrakı illərdə müxtəlif səbəblərә görә  Türkiyədə yaşamış Macar dövlət xadimi və sənətkarlarının  Türk incəsənəti və mədəniyyəti  haqqında qələmə aldığı əsərləri səsləndirilib.

Tәdbirin sonunda   Macarıstanın mәşhur  bәstәkarı  Bela Bartokun әsәrlәri də sәslәndirilib.



Әlaqәli Xәbәrlәr