Adana film festivalı başa çatıb

Türkiyənin Adana şəhərində XXV Beynəlxalq Film Festivalı başa çatıb.

1060141
Adana film festivalı başa çatıb

Türkiyənin Adana şəhərində XXV Beynəlxalq Film Festivalı başa çatıb.

Çukurova Universitetinin konfrans mərkəzində keçirilən bağlanış mərasimində tanınmış kinorejissorlar və aktyorlar, elm və mədəniyyət xadimləri, kinosevərlər və şəhər ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Əvvəlcə festivalda yarışan və seçilən bədii və qısametrajlı filmlər barədə ümumi məlumat verilib. Sonra qaliblərə festivalın medalları təqdim olunub.

Mərasimdə çıxış edən Adana Böyükşəhər bələdiyyəsinin sədri Hüseyn Sözlü əminliklə bildirib ki, dünya kino sənətinin tanınmış simalarını bir yerə toplayan Adana film festivalı qarşıdakı illərdə də fəaliyyətini davam etdirəcək, kinosevərlər üçün daha layiqli formatlar üzrə təqdimatlar keçirəcək.

 



Әlaqәli Xәbәrlәr