Beynəlxalq Adana Film Festivalı xalq ilə sənətkarları bir araya gətirdi

Beynəlxalq Adana Film Festivalının ənənəvi hal alan sənətkarlardan ibarət olan "Sevgi Korteji" böyük marağa səbəb oldu.

1058557
Beynəlxalq Adana Film Festivalı xalq ilə sənətkarları bir araya gətirdi
adana sevgi korteji film fesitvali.jpg
adana film fesitvali.jpg

 Adana Böyükşəhər Bələdiyyəsi tərəfindən bu il 25-ci dəfə keçirilən Beynəlxalq Adana Film Festivalı çərçivəsində "Sevgi Korteji" keçirildi.
 
Karataş bulvarında üstü açıq klassik avtomobillərə minən Adana Böyükşəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlü ilə Türk kinosunda əməyi olan aktyor, rejissor və prodüserlər, şəhəri dövr edərək Böyükşəhər Bələdiyyəsinin yerləşdiyi Atatürk prospektinə getdilər.
 
 Şəhər Bələdiyyəsinin binasının qarşısında toplaşan vətəndaşlar onlara çiçək verən məşhurlarla şəkil çəkdirdilər.
 
 "Fəxri mükafat" alan aktyorlardan Süleyman Turan jurnalistlərə verdiyi müsahibədə hər dəfə festivalda iştirak edərkən eyni həyəcanı hiss etdiyini söylədi.
 
 Turan: "Nə yaxşı ki, belə bir festival var. Ölkəmizə və milli kinomuza çox böyük dəyər verilir" dedi.
 
 Aktyor Ercan Kesal da festivalda hər il iştirak etdiyini bildirdi.
 
 Özünü çox xoşbəxt hiss etdiyini dilə gətirən Kesal: "Adananı çox sevirəm. Bu səbəbdən festivalın daha yaxşı keçirilməsini istəyirik" ifadələrini işlətdi.
 
 Kinoaktyor Nuri Alço isə festivalın Adanaya bir bayram sevinci gətirdiyini qeyd etdi.

Alço Böyükşəhər Bələdiyyəsinin sədri Sözlüyə xalq ilə sənətkarları bir araya gətirdiyi üçün təşəkkür etdi.



Әlaqәli Xәbәrlәr