Mərakeşli musiqiçi Redwan Əl Asmar Konyada konsert verdi

Həzrəti Mövlanənin doğumunun 811-ci ildönümü tədbirləri çərçivəsində keçirilən "XV Konya Beynəlxalq Mistik Musiqi Festivalı"nda musiqisevərlərlə bir araya gələn Redwan Əl Asmar Mərakeş musiqilərini dinləyicilərə təqdim etdi.

1055677
Mərakeşli musiqiçi Redwan Əl Asmar Konyada konsert verdi

Həzrəti Mövlanənin doğumunun 811-ci ildönümü tədbirləri çərçivəsində keçirilən "XV Konya Beynəlxalq Mistik Musiqi Festivalı"nda Mövlanə Mədəniyyət Mərkəzi Sultan Vələd Zalında musiqisevərlərlə bir araya gələn Redwan Əl Asmar dərin ənənəsi olan və ölkənin coğrafi mövqeyini əks etdirən İspan adət-ənənələri, Afrikalı kölələri, Orta Şərq musiqiçiləri və yerli bərbərlərin təsirində olan Mərakeş musiqilərini dinləyicilərə təqdim etdi.
 
 Konya Valiliyi və Vilayət Mədəniyyət və Turizm  İdarəsi tərəfindən təşkil edilən festivalın 4-cü günündə çox sayda yerli və xarici turistlə yanaşı,  Konyada təhsil alan əcnəbi  tələbələr də konsertə böyük maraq göstərdilər.
 
 Festivala bu ana qədər 47 ölkədən 133 qrup və yüzlərlə ifaçı iştirak edib.
 
 Bu il 15-ci dəfə keçirilən festivalda Özbəkistan, Azərbaycan, Əfqanıstan, İran, İraq-Kərkük, Mərakeş, Livan, İspaniya və Türkiyədən gələn müğənnilər və musiqi ansablları iştirak edirlər.
 
 

 

 



Әlaqәli Xәbәrlәr