15-ci Çikaqo Türk Festivalı başladı

ABŞ-ın Çikaqo şəhərində bu il 15-ci dəfə Türk Festivalı təşkil olundu.

1049218
15-ci Çikaqo Türk Festivalı başladı

ABŞ-ın Çikaqo şəhərində bu il 15-ci dəfə Türk Festivalı təşkil olundu.

Şəhərin Daley meydanında keçirilən festivalın bu ilki mövzusu “Çikaqo türkləşir” olaraq müəyənləşdirildi.

 Festival ABŞ və Türkiyənin milli himnlərinin səsləndirilməsi ilə başladı.

Türk-Amerikan Mədəniyyət Alyansının  (Turkish American Cultural Alliance Chicago / TACA) rəhbəri İlqaz Ülgər və Çikaqo meriyası rəsmilərinin çıxışlarından sonra Türkiyənin  Çikaqo Baş konsulu Umut Acar izdihama səslənərək, festivalın həyata keçirilməsində zəhməti olanlara təşəkkür etdi.

Açılış proqramından sonra Anadolu Xəbər Agentliyinin müxbirinə müsahibə verən Acar Türkiyənin və Türk mədəniyyətinin Çikaqoda tanıdılmasına görə özünü xoşbəxt hiss etdiyini bildirdi.

Meydanda açılan stendlərdə Türk əl sənəti əsərləri nümayiş olundu.

Acar təqdim olunan yeməklərdən dadan  amerikalıların festivala böyük maraq göstərdiklərini söylədi.

Türkiyəli baş konsul Türk icmasının uzun zamandır Çikaqoda əhəmiyyətli bir rol qazandığını qeyd etdi, bunun Çikaqo xalqının və rəhbərliyinin fərqli etnik qruplara, mədəniyyətlərə olan xoş münasibətinin nəticəsi olduğunu vurğuladı.

Türk mədəniyyəti, folkloru, musiqisi və əl sənəti əsərlərinin, milli geyimlərdən nümunələrin sərgiləndiyi festivaldakı rəqslər və dəfilələr də böyük marağa səbəb oldu.

Türk rəqqaslarının dəvəti ilə səhnəyə çıxan bəzi amerikalıların davul-zurnanın müşayiəti ilə yallı getmələri rəngarəng səhnələr yaratdı.

15-ci Çikaqo Türk Festivalı şənbə günü başa çatacaq.

 



Әlaqәli Xәbәrlәr