“France 2” telekanalının yayımı qadağan edildi

2017-ci ilin iyul ayında yayımlanan “Bonqo qəbiləsi” sənədli filmi ölkənin milli bayramı günü - 17 avqustda yenidən göstərildiyi üçün xalqın narazılığına səbəb olub.

1037085
“France 2” telekanalının yayımı qadağan edildi

  Afrika qitəsinin ortasında yerləşən və rifah səviyyəsi ən yüksək ölkəsi olan Qabonda Fransa televiziya kanalı “France 2”nin xalqın dincliyini pozduğu üçün yayımlanması 1 il qadağan edildi.  

  Yerli mətbuatın yazdığına görə, Rabitə Yüksək Nüfuz (HAC) idarəsi “France 2” kanalının ölkə prezidenti Əli Bonqo Ondimbanın (Ali Bongo Ondimba) mənsub olduğu Bonqo qəbiləsi haqqında yayımladığı sənədli filmi "əmin-amanlıq pozucu" adlandırıb və bildirib: “Bonqo qəbiləsi haqqındakı tənqidi sənədli film Qabon respublikası hökuməti və insanlarının şərəfinə xələl gətirib.”

  Qeyd edək ki, 2017-ci ilin iyul ayında yayımlanan “Bonqo qəbiləsi” sənədli filmi ölkənin milli bayramı günü - 17 avqustda yenidən göstərildiyi üçün xalqın narazılığına səbəb olub. Filmdə prezidentin mənsub olduğu qəbilənin Qabonun bütün neft gəlirlərinin 18 faizini aldığı iddiaları da yer alırdı.



Әlaqәli Xәbәrlәr