Cənubi Koreyalı bloqqer və turizm şirkəti idarəçiləri Göbeklitepedə

Cənubi Koreyalı bloqqer və turizm şirkəti idarəçiləri Türkiyənin Şanlıurfa rayonundakı Göbeklitepeyə səfər edib.

1036340
Cənubi Koreyalı bloqqer və turizm şirkəti idarəçiləri Göbeklitepedə

   Şanlıurfa Ticarət və Sənaye Palatasının da dəstək verdiyi səyahət çərçivəsində şəhərin tarixi və görməli yerlərini gəzən Cənubi Koreyalılar Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan YUNESKO-nun Dünya Mirası Siyahısına salınan Göbeklitepeni də görüblər.

  Şanlıurfa Muzeyinin əməkdaşı Fuad Türker məlumat verərək deyib: “Göbeklitepe Koreya qrupunun diqqətini çəkdi. Qonaqlarımıza bur yerin tarixi və bu günü ilə bağlı məlumatlar verdik. Onlar Göbeklitepeni çox bəyəndi, çoxlu şəkil çəkdi və öz hesablarından paylaşdılar. Biz yerlilər hər fürsətdə Göbeklitepeni tanıtmağa çalışırıq".

  Türkiyə Hava Yollarının Adıyaman üzrə müdiri Məhəmməd Akif Həmidi isə bunları söylədi: “Biz də bundan əvvəl Cənubi Koreyaya getdik, 10 bloqqer və turizm şirkəti “İnterpark”ın 2 rəsmisi ilə görüşdük, Türkiyəyə dəvət etdik. Bloqqerlər regionda bir çox şəhəri gəzdi. Cənubi Koreyalı qonaqlarımız “Google”dan istifadə etmir. Onların öz axtarış saytları var ki, orada Şanlıurfa və YUNESKO-nun Dünya Mirası Siyahısına salınan Göbeklitepedən yazacaqlar.”



Әlaqәli Xәbәrlәr