Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək

Dekabrın 14-16-da Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

1034285
Türkiyədə “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək

Dekabrın 14-16-da Türkiyədə  “Dostluq” beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.

Festival Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, İstanbul bələdiyyəsinin dəstəyi, “Balkon Film” prodüser mərkəzinin təşkilatçılığı vә  Türkiyə Prezidenti Aparatının himayəsi altında keçirilәcәk.

Festivalda Türkiyә ilә yanaşı Azərbaycan, Hindistan, İran, ABŞ, Braziliya, İspaniya, Fransa, Rusiya, Misir, Argentina, Suriya, Filippin, Banqladeş və digər ölkələrin filmləri iştirak edəcək.

Hazırda iştirak üçün ərizələr qəbul olunur, artıq 53 ölkədən 350 müraciət təqdim olunub.

“Dostluq” beynəlxalq qısametrajlı film festivalında qalib olacaq filmlәrin  rejissoruna 40, ikinciyə 20, üçüncüyə isə 12 min lirə pul mükafat veriləcək.

Müsabiqə çərçivəsində ayrıca bir qısa filmə 15 min lirə dəyərində “Fəthi Gemuhluoğlu dostluq mükafatı” verilərkən, 3 ekran əsəri isə 5 min lirə dəyərində mükafatlandırılacaq.

Festivala filmlərin qəbulu oktyabrın 15-dək davam edəcək.



Әlaqәli Xәbәrlәr