Sümela monastırını turistlər gələn mövsüm görə biləcək, çünki ...

Sümela monastırı gələn mövsüm tam istifadəyə veriləcək.

1031642
Sümela monastırını turistlər gələn mövsüm görə biləcək, çünki ...

  Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Ersoy bərpası davam edən, ölkənin mühüm inanc və turizm merkezleri arasında yer alan Trabzonun Maçka qəsəbəsindəki Sümela manastırını ziyarət edib.

  Nazir monastırdakı işlərlə maraqlanıb, əlaqədar şəxslərdən məlumat alıb və Türkiyəyə gələn turist sayının artdığılna toxunub.

  Qeyd edək ki, Sümela monastrı Trabzonun Maçka qəsəbəsində Qaradağın Altındere vadisinə baxan ətəyində, vadidən təxminən 300 metr yüksəklikdə, meşəliklər arasında yerləşir. Qayalardan yonularaq düzəldilmiş, xalq arasında “Məryəm ana” adı ilə tanınan Sümela monastırının bərpası və abadlaşdırılması işi 2016-cı ilin fevral ayında başlayıb. Monastrın xarici hissəsindəki daş axınının qarşısı alınıb, təhlikə yarada biləcək daşlar aşağıya endilib, birləşdirmə-yapışdırma işləri görülüb. Daxili hissədəki riskli qayalar da təmizləndikdən və bərpa edildikdən sonra işlər bitmiş sayılacaq.



Әlaqәli Xәbәrlәr