Aydın şəhərində 2000 yaşı olan heykəllər tapılıb

Aydın vilayətinin Germencik qəsəbəsinin Ortaqlar məhəlləsində yerləşən və  Maqnesia adı ilə bilinən qədim şəhərdə Prof. Dr. Orxan Bingölün başçılığı ilə davam edən qazıntılan nəticəsində əhəmiyyətli əşyalar tapılıb.

1022331
Aydın şəhərində 2000 yaşı olan heykəllər tapılıb

Məlumata görə Aydının Germencik rayonunda 34 ildir davam edən Maqnesia qədim Şəhərdəki arxeoloji qazıntılar nəticəsində 2 min yaşı olduğu proqnozlaşdırılan 6 heykəl gün işığına çıxarılıb.

Prof. Dr. Orhan Bingöl bildirib ki, Ellinizm-Roma dövrünün əhəmiyyətli məbədlərindən Artemisdəki qazıntılarda 4 qadın, 1 kişi və cinsiyyəti məlum olmayan bir heykəl tapılıb.

Heykəllərin eyni məkanda olduğuna diqqəti çəkən Bingöl: " 1891-1893-ci ildə Almanlar tərəfindən aparılan araşdırmalarda bir məkanda 5 heykəl tapılmışdı.Biz onlardan bir ədəd daha çox tapdıq. . Hətta 2016-ci ildə eyni məkanın başqa bir hissəsində daha bir heykəl gün işığına çıxarmışdıq. Ancaq bu heykəllərin nə məqsədlə məkanda olduqlarına dair məlumatımız yoxdur.



Әlaqәli Xәbәrlәr