VIII Malatya Beynəlxalq Film Festivalı və Çingiz Aytmatov

9-15 noyabr tarixlərində keçiriləcək festivalda dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olmasının 90, vəfatının 10-cu ilində əsərləri əsasında çəkilən filmlərin yer aldığı xüsusi proqram təqdim edilcək.

1019514
VIII Malatya Beynəlxalq Film Festivalı və Çingiz Aytmatov

  Türkiyənin Malatya şəhər bələdiyyəsi tərəfindən bu il VIII Malatya Beynəlxalq Film Festivalı çərçivəsində qırğız yazıcısı Çingiz Aytmatovun xatirəsinə xüsusi proqram təşkil olunacaq.

  Festival komitəsinin verdiyi yazılı məlumata görə, 9-15 noyabr tarixlərində keçiriləcək festivalda dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatov anadan olmasının 90, vəfatının 10-cu ilində əsərləri əsasında çəkilən filmlərin yer aldığı xüsusi proqram təqdim edilcək.

  Yaradıcılığa 1952-ci ildə başlayan, "Dağlar və boş yerlərdən nağıllar" hekayə kitabı ilə şöhrət qazanan və 1963-cü ildə SSRİ dövlət "Lenin mükafatı" alan qırğız yazıçı, tərcüməçi, jurnalist və dövlət xadimi Çingiz Aytmatovun lent yazılarına köçürülmüş əsərləri festival çərçivəsindəki "Aytmatov 90 yaşında" xüsusi proqramda göstəriləcək. Proqramda “Ağ gəmi” (“Belıy paroxod”, 1976), “Qızıl alma” (“Krasnoe yabloko”, 1975), “Fujiyamaya çıxış” (“Vosxajdeniye na Fujiyamu”, 1989), “Tufanlı stansiyası” (“Boranlı Beket”, 1996), “Əlvida, Gülsarı” (“Qoş bol Gülsary”, 2008) filmləri nümayiş etdiriləcək. Eyni zamanda, proqramda sserari müəllifi İhsan Kabil, "Ağ gəmi" və "Tufanlı stansiyası" filmlərinin rejissorları Bolotbey Şemşiyev və Bakıt Karaqulov da olacaq.

  Əsərlərinin çoxunda İkinci Dünya Müharibəsi, savaşın gətirdiyi zülmü, səfaləti, yoxluğu, eyni zamanda, məhəbbət və dostluğu qırğız adət və ənənələrinin harmoniyasında əks etdirən Çingiz Aytmatov bununla ümumtürk mədəniyyətini dünyaya çatdıran türk yazıcısı kimi ədəbi tarixə düşüb.

  Ç.Aytmatovun "Qırmızı şərf" kitabı əsasında Əli Özgentürk tərəfindən ssenariləşdirilən "Selvi Boylum Al Yazmalım" 1977-ci ildə film yaddaşına köçürülüb. Baş rollarını Türkan Şoray, Kadir İnanır və Əhməd Mekinin oynadığı film tamaşalardan böyük sevgi qazanaraq Türkiyə kinematoqrafiyasının unudulmaz klassikləri arasında yer alıb.



Әlaqәli Xәbәrlәr