Qaziantep Beynəlxalq Qastronomiya Festivalı
Türkiyənin Qaziantep Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil olunan Beynəlxalq Qastronomiya Festivalı 20-22 sentyabr tarixlərində keçiriləcək.
1018552

Builki festivalda Birləşmiş Millətlər Təşkilatı Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) “Yaradan şəhərlər siyahısı”nda 116 şəhər arasında yer almağı bacaran “qazi şəhər”in dünyaşöhrətli aşbazları Qaziantep İnkişafetdirmə Fondunun (GAGEV) koordinasiyası, Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, Qaziantep Ticarət Palatası (GTO), Qaziantep Sənaye Palatası (GSO), Qaziantep Ticarət Birjası (GTB), rayon bələdiyyələri və müvafiq qurumların köməyilə zəngin mətbəx və mədəni sərvətlərini yerli və xarici qonaqlara təqdim edəcək.
Dünyaşöhrətli aşbaz və yerli istehsalçıların bir araya gələrək ləzzətli yerli yeməkləri təqdim edəcəyi festivalda müxtəlif bölgələrdən də gələnlər olacaq.