Moskvada Türkiyə Festivalı keçiriləcək
Rusiyanın paytaxtı Moskvada ikinci dəfə keçiriləcək Türkiyə Festivalına az qaldı.

Ötən il Türkiyə Festivalı 153 min insan qəbul etmişdi, bu il bu sayın rekord əldə etməsi gözlənilir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) koordinasiyasında valiliklər, bələdiyyə sədrləri, inkişaf agentlikləri və özəl sektorun iştirakı ilə təşkil edilən Türkiyə Festivalı 10-12 avqust 2018-ci il tarixlərində təşkil olunacaq.
Festival Moskovanın "Krasnaya Presnya" parkında keçiriləcək.
Konsert, tamaşa, kulinariya və mədəni təqdimatların olacağı Türkiyə Festivalı üç gün boyunca rusiyalılara açıq olacaq.
TÜROFED İdarə Heyətinin sədri Osman Ayık Türkiyənin iki əsas bazarından biri olan Rusiya Federasiyasında keçiriləcək Türkiyə Festivalının turizm əhəmiyyətli olduğunu qeyd etdi.
Ayık: " Keçən il festival çərçivəsində 200 ailəyə Türkiyədə istirahət hədiyyə etdik. Həmçinin festivalın təqdimat işi ilə (reklam, PR və sosial media) milyonlarla insana çatdıq. Festivalımızı 200-dən çox mətbuat nümayənsəi və bloqqer təqib etdi. Bu il keçirəcəyimiz festival gələcək illərdə Türkiyənin Rusiya Federasiyasındakı gücünü daha da artıracaqdır" dedi.